Gündəm

12 Noyabr – Dövlətçiliyimizin Hüquqi Zirvəsi

Azərbaycan xalqının tarixində elə günlər vardır ki, onlar zaman keçsə də, öz əhəmiyyətini itirmir, hər il yenidən qürurla xatırlanır. 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü də məhz bu cür əlamətdar tarixlərdəndir. Bu gün biz müstəqil dövlətimizin hüquqi təməlinin qoyulduğu günü xalqımızın iradəsinin və azadlıq əzminin təcəssümünü qeyd edirik. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı ümumxalq səsverməsi ilə öz dövlətinin ilk Konstitusiyasını qəbul etdi. Bu sənəd, müstəqil Azərbaycanın inkişaf yolunda ən mühüm mərhələlərdən birinə çevrildi.Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul olunması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.O dövrdə ölkəmiz üçün ən vacib məsələ müstəqilliyin hüquqi əsaslarını möhkəmləndirmək, insan hüquq və azadlıqlarını təmin edən bir dövlət modeli formalaşdırmaq idi. Ulu Öndər Heydər Əliyev bu məsuliyyətli və tarixi vəzifəni böyük müdrikliklə həyata keçirdi. Ulu Öndər Heydər Əliyev söyləmişdi: “Konstitusiya xalqın azadlığının, dövlətin müstəqilliyinin və millətin gələcəyinin təminatçısıdır.” Bu dərin fikirlər müstəqil dövlətimizin inkişaf konsepsiyasının əsasını təşkil etdi. O, Azərbaycan xalqının iradəsini, milli birliyini və azadlıq istəyini hüquqi sənəd şəklində əbədiləşdirdi. Bu gün isə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin Konstitusiyanın prinsiplərinə sadiq qalaraq öz inkişaf yolunu uğurla davam etdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar iqtisadi, sosial və hüquqi sahələrdə görülən ardıcıl tədbirlər Konstitusiyamızın ruhuna tam uyğun şəkildə reallaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib. Dövlət başçımızın iradəsi və uzaqgörən siyasəti sayəsində bu gün ölkəmizin suverenliyi tam bərpa olunmuş, 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız azad edilmişdir.Bu, Konstitusiyamızda təsbit olunan “Azərbaycan Respublikasının ərazi bütövlüyü” prinsipinin real həyatda parlaq təzahürüdür.Azərbaycan Konstitusiyası yalnız qanunlar toplusu deyil, həm də xalqın milli kimliyini, birliyini və azad yaşamaq istəyini əks etdirən mənəvi dəyərdir.
Bu sənəd hər bir vətəndaşa bərabər hüquq, azadlıq və ədalətli cəmiyyətin təminatını verir. Bu gün Konstitusiyanın prinsiplərinə sadiq qalmaq hər bir Azərbaycan vətəndaşının, xüsusilə gənc nəslin müqəddəs borcudur. Gənclərimizin milli ruhda, dövlətə və bayrağa sədaqət hissi ilə yetişməsi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideyaların və Prezident İlham Əliyevin müasir siyasətinin nəticəsidir.12 noyabr Azərbaycan dövlətçiliyinin, xalq iradəsinin və hüquqi ədalətin təntənəsi günüdür. Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, biz müstəqil, güclü və demokratik bir dövlətin vətəndaşlarıyıq. Ulu Öndər Heydər Əliyevin dahiyanə dövlətçilik siyasəti və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan gələcəyə inamla addımlayır, Konstitusiyamızın prinsiplərini hər bir sahədə həyata keçirir.

Yaşasın müstəqil Azərbaycan Respublikası!
Yaşasın Azərbaycan Konstitusiyası!

Sadiq Xəlilov: Bərdə rayon İcra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button