Gündəm

“Müstəqil Azərbaycanın Əsas Qanunu – Xalqın Seçimi, Dövlətin Qüruru”

Azərbaycan dövlətçiliyi tarixində 12 noyabr xüsusi əhəmiyyətə malik bir gündür. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olundu. Bu tarixi hadisə xalqımızın dövlət quruculuğu prosesində yeni bir mərhələnin başlanğıcını qoydu.

Azərbaycan Konstitusiyası xalqın iradəsini, dövlətin əsas prinsiplərini, insan hüquq və azadlıqlarını, həmçinin ölkənin siyasi, iqtisadi və hüquqi əsaslarını təsbit edən ali qanundur. Məhz bu sənəd müstəqil, demokratik, hüquqi və dünyəvi dövlətin təməlini formalaşdırdı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və qəbul edilmiş bu Konstitusiya xalqımızın müstəqillik arzularının hüquqi təminatına çevrildi. Dövlət idarəetmə sistemində qanunun aliliyini, insan hüquqlarının qorunmasını və vətəndaşların bərabərliyini əsas prinsip kimi təsbit etdi.

Konstitusiyanın qəbulundan keçən illər ərzində ölkəmizdə demokratik islahatlar, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Konstitusiyanın prinsiplərinə sadiq qalaraq, müasir və güclü dövlət quruculuğu yolunda inamla irəliləyir.

Milli Konstitusiya Günü təkcə bir tarixi hadisənin xatırlanması deyil, həm də hər bir vətəndaş üçün dövlətə, qanuna və hüquqa hörmətin, milli həmrəyliyin və məsuliyyətin təntənəsidir.

Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətçiliyimizin dayağı olan Konstitusiyamızın əbədiliyinə, müstəqilliyimizin daim möhkəm qalacağına inamla Milli Konstitusiya Gününüz mübarək olsun!

Nərgiz Həsənova
Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbinin direktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button