Ramiz Quliyevlə vida mərasimi başa çatdı- Alqışlarla son mənzilə yola salındı – VideoYENİLƏNİB

Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb.
Musavat.com xəbər verir ki, tarzənlə vida Beynəlxalq Muğam Mərkəzində keçirilib.
Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.
***
Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başlayıb.
Musavat.com xəbər verir ki, tarzənlə vida Beynəlxalq Muğam Mərkəzində keçirilir.
Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. O, 1954-cü ildə Ağdam şəhər yeddiillik musiqi məktəbinə gedib, 1960-cı ildə isə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.
R.Quliyev 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
“İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq uğurlu səhnə fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunub.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
Şahanə Rəhimli,
Musavat.com


