Bərdə təhsil sektoruna yeni rəhbər təyin olunub

Bərdə təhsil sektoruna yeni rəhbər təyin olunub. Bu vəzifəyə Bərdə şəhər 8 nömrəli tam orta məktəbin direktoru Nicat İsmayılov gətirilib.
Nicat İsmayılov təhsil sahəsində uzunmüddətli fəaliyyəti, yüksək pedaqoji təcrübəsi və idarəçilik bacarığı ilə tanınır. O, çalışdığı illər ərzində gənc nəslin təlim-tərbiyəsində, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm nailiyyətlər əldə edib.
Sadəliyi, səmimiyyəti və işinə məsuliyyətli yanaşması ilə seçilən Nicat İsmayılov həmkarları və ictimaiyyət arasında dərin hörmət qazanıb. O, doğma Bərdə rayonunda boya-başa çatıb və bütün əmək fəaliyyətini məhz bu bölgənin təhsilinin inkişafına həsr edib.Yeni təyinat münasibətilə Nicat İsmayılovu təbrik edir, ona bu məsuliyyətli və şərəfli vəzifəsində uğurlar, yeni nailiyyətlər arzulayırıq.