Siyasət

Nyu-Yorkda Azərbaycan və Estoniyanın XİN başçıları görüşüblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.

Musavat.com xəbər verir ki, Ceyhun Bayramov bu barədə “X”dəki hesabında yazıb.

“Biz Azərbaycan-Estoniya əlaqələrinin gücləndirilmiş siyasi dialoq, müntəzəm məsləhətləşmələr və yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə inkişafını müzakirə etdik.

Mən həmkarıma Azərbaycanın regionumuzda davamlı sülh və sabitliyin təşviqi istiqamətində göstərdiyi səylər barədə də məlumat verdim”, – C.Bayramov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button