Hadisə

DİN: Beyləqanda polis 16 kiloqram marixuana və həşiş aşkarlayıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN-dən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı Nahid Allahverdiyev saxlanılıb. Onun üzərindən kibrit qutularında qablaşdırılmış marixuana və həșiş aşkar edilib. Əməliyyatın davamında N.Allahverdiyevin külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən olunub. Oradan 11 kilqoramdan artıq marixuana və 5 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button