Xəbərlər

Dənizdə boğulan 21 yaşlı gənc xilas edildi – ANBAAN GÖRÜNTÜ

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Heydər Şaiq oğlu Məmmədov dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb və təcili tibbi yardım briqadasına təhvil verilib.

https://t.me/oxuaze/146111?embed=1

Fövqəladə Hallar Nazirliyi (FHN)

Suda (arxda, çayda, göldə, kanalda, dənizdə, okeanda) boğulma hadisəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button