Xəbərlər

Xocalının Təzəbinə kənd sakini: “Sanki yenidən yaşamağa başlamışıq”

İyulun 14-ü Xocalının Təzəbinə kəndinə qayıdan 28 ailədən birinin üzvü Məhyəddin Əmiraslanov 33 illik məcburi köçkün həyatını ömürdən yaşamadığını və köçdən sonra sanki yenidən yaşamağa başladığını deyib.

Oxu.Az “Report”a istinadla xəbər verir ki, Təzəbinə kənd sakini Qarabağ müharibəsinin ilk günlərindən doğma yurdunun müdafiəsinə qalxanlardan biri olub.

Məhyəddin Əmiraslanov söhbətində qeyd edib ki, münaqişənin ilk günlərindən ermənilər dəfələrlə kəndlərinə hücum ediblər:

“Kəndimizə edilən hücumlar sovet ordusu əsgərləri ilə birgə həyata keçirilirdi. Kəndimizin işğalından sonra İmişli rayonuna, bir müddət orda qalandan sonra isə Pirşağıya köçdük. Doğma yurdumuza dönən günə qədər də orada yaşadıq. Beş gün olar ki, doğma yurdumuza qayıtmışıq. Elə bilirəm ki, 33 ildə çəkdiyimiz çətin anlar heç olmayıb. Sanki, həyatımızın ilk günlərini indi yaşayırıq. Hətta təsəvvür edirdim ki, o zaman qoyub çıxdığım evimi necə var elə də görəcəyəm. Amma hər şeyin tam əksi oldu. Çünki evimiz tam təmirli şəkildə təhvil verildi”.

İşğaldan azad olunmuş ərazilər

Xocalıya köç

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button