Qərbi Azərbaycan mənim damarımda axan qanım, ürəyimdə döyünən keçmişim.

Düz 37 ildir ki, Qərbi Azərbaycanın bir parçası olan çaykənd sakinləri Vətən, yurd sevgisi ilə yaşayır, öz ata -baba ocaqlarına qayıdacağı günü arzulayırlar.
Göyçə mahalına daxil olan Çəmbərək (Krasnoselo) rayonunun çaykəndi. 1948-1953-cü illərdə Çaykənddən 70-dən çox ailə Azərbaycana deportasiya olunub.Bizlər yəni mənim babam kimi minlərlə əhali Ağstafa, Qazax Tovuz, Bakı və.s şəhərlərində məskunlaşıblar. 1988-ci il ildə kənd yenidən erməni vadalizmi tərəfindən vəhşicəsinə deportasiya edilərək , çaykənddən qovulub çıxarılmışdır.Ermənilər tərəfindən mənimsənilmiş, 1991-ci il kəndin adı dəyişdirilərək Dprabak qoyulmuşdur.Çaykəndi ta qədimdən türk-oğuz yurdu olmuşdur.Kənddə yaşayan tayfaların əksəriyyəti Qaraqoyunlu türklərinin Alpavut, Qaramanlı və Düyərli nəslinin törəmələri olub.Çəmbərək rayonun çaykəndi Qərbi Azərbaycanın qədim, coğrafi-siyasi mövqeyinə görə strateji və zəngin təbiətə malik kəndlərindən biri olmuşdur. Ata- baba kəndimiz Çaykəndin buz kimi soyuq bulaqları ,loğman təbiəti üçün necədə darıxırıq.Çaykənd dağlardan axan çaylarla , yaşıl meşəliklə əhatə olunmuşdu.Çaykəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, bağçılıq, bostançılıq, və arıçılıq olub.Mənim babam da heyvandarlıqla məşğul olurdu.
Biz inanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti nəticəsində tezliklə Qayıdış Konsepsiyası beynəlxaq müstəvidə reallaşacaq,məni kimi ata- baba yurdu olan çaykəndə qayıdacağımız yollara ermənilər sipər çəkə bilməyəcəklər. Çünki,Onlar Qərbi azərbaycanlıların iradəli cəsarəti qarşısında dözüm gətirə bilməzlər.Azərbaycanın Rəşadətli ordusu 44 günlük Vətən müharibəsində öz qələbəsi ilə biryolluk məcburi köçkün probleminə birdəfəlik son qoyaraq, Qarabağ ərazisində üçrəngli Azərbaycan Bayrağı ucaltdılar! Tezliklə biz Azərbaycan bayrağını Qərbi Azərbaycanda, öz ata-baba yurdumuzda uçaldacağıq.Doğmalarımıza, həsrətində olduqlarımıza çatacağıq. Müqəddəs ruhlar və Qərbi Azərbaycanlılar sevinəcək.
Qərbi Azərbaycan məsələsinə də “dəmir yumruq”-la son qoyacağıq.