Hadisə

Azərbaycanda ailə FACİƏSİ: Ana və iki övladının ölməsinin TƏFƏRRÜATIVİDEO

İmişlidə bir ailənin üç üzvünün dəm qazından boğularaq ölməsinin təfərrüatı məlum olub.

Zərərçəkənlərin qohumu Böyükxan Zöhrabov bildirib ki, ata evə zəng edib, cavab gəlməyib, oraya gedib.

Evə gələndə isə görüb ki, həyat yoldaşı və iki övladı dünyasını dəyişib. Ata isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, İmişli rayonunda dəm qazından boğulma nəticəsində bir ailənin üç üzvü ölüb. Ailənin xanımı Mehriban İdris qızı Azadova, onun övladları Məhəmməd Vasif oğlu Azadov və Fatimə Vasif qızı Azadova ölüblər.

Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

https://youtube.com/watch?v=rfeZN4uj_tI%3Fsi%3DqBpdZHjtJRrAsIQm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button