Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə məktəb-liseyin illik fəaliyyət planına uyğun olaraq 2024/2025-ci tədris ilinin 3-cü Pedaqoji Şura iclası keçirildi.

27.01.2025-ci il tarixində Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə məktəb-liseyin illik fəaliyyət planına uyğun olaraq 2024/2025-ci tədris ilinin 3-cü Pedaqoji Şura iclası keçirildi.Pedaqoji Şuranın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:1.I yarımilin yekunları və II yarımildə qarşıda duran vəzifələr haqqında məktəb-lisey rəhbərliyinin hesabatının dinlənilməsi;2. I yarımilin yekunları haqqında məktəb-liseyin kitabxanaçısının hesabatının dinlənilməsi;3.Məktəb-liseydə şagird təhlükəzliyini təmin etmək üçün nəzarətin, növbətçiliyin gücləndirilməsi;4. IX siniflərdə buraxılış imtahanı olan fənlərin tədrisinin müzakirəsi;5.İşçilərin əmək intizamına əməl etmələri vəziyyəti;6. Şagirdlərin I yarımil ərzində dərsə davamiyyəti haqqında;7.Sinif rəhbərlərinin fəaliyyətinin müzakirəsi;8.Məktəb-liseyin istifadəsində olan bina və avadanlıqların saxlanılması və inventarizasiyanın aparılmasına nəzarərin artırılması.Pedaqoji Şuranın keçirilməsində məqsəd pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarə olunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarət idi.#MÜTDA #QarabağRTİ #BərdəRayonTəhsilSektoru#PedaqojiŞura





