Gündəm

YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları şəhid ailələrini ziyarət ediblər – FOTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bərdədə şəhid ailələri ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, “Bərdə-Çörək” ASC-nin sədri Məhərrəm Şəfiyev, rayon təşkilatının əməkdaşları, partiya fəalları Qaradəmirçi kəndində şəhid Asif Abışovun, Dəymədağıldı kəndində şəhid Elyaz Qarayevin, Qayalı kəndində şəhid Mirpaşa Mehtiyevin, Güloğlular kəndində şəhid Fəxri Qəribzadənin, Bərdə şəhərində şəhid Dövran Naibovun ailələrinə baş çəkilib.

Görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin misilsiz qəhrəmanlığından danışılıb. Qeyd olunub ki, dövlətin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və şəhidlərimizin xatirəsini ehtiramla yad etmək hər kəsinvətəndaşlıq borcudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button