Cəmiyyət
Deputat “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” adlı kitabının təqdimat mərasimində iştirak edib.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Günay Ağamalı 04 Noyabr 2024-cü ildə Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini Fərrux Rüstəmovun müəllifi olduğu “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” adlı kitabının təqdimat mərasimində iştirak edib.


