İqtisadiyyat

Nazir MÜHÜM XƏBƏRİ AÇIQLADI: yaxın 3 ildə Azərbaycanda…

2027-ci ilə qədər Azərbaycanda 2,8 milyard ABŞ dolları məbləğində xarici və yerli investisiya hesabına 2 QVt gücündə sənayemiqyaslı 8 günəş və külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması planlaşdırılır ki, bu da Azərbaycanın “yaşıl enerji” cığırı ilə sürətlə irəlildiyini, bu prosesin artıq geriyədönməz olduğunu göstərir.

Musavat.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.

“Növbəti illərdə elektrik enerjisinin istehsal-ixrac dinamikası əhəmiyyətli dərəcədə bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, “yaşıl enerji” növlərinin yaradılmasını və dünya bazarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və beynəlxalq investorlarla əməkdaşlıq kimi bütün zəruri şərtlər mövcuddur”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button