Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Dünyanın ən yaxın dostu SƏN – sən! ” layihəsinin açılış mərasimi keçirilmişdir.

Yaşıl dünyanın təşviqi Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eləcə də cari ildə COP-29-un ölkəmizdə keçirilməsi ümumi təhsil müəssisələrində bu istiqamətdə təşviqat və maarifləndirmə işlərinin daha miqyaslı aparılmasının önəmini artırır.
Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.Təhsil icması da bu proseslərə öz tövhəsini verməlidir.
Məlum olduğu kimi, ölkə başçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.Sözügedən sərəncam ölkəmizin təhsil sistemi qarşısında da müvafiq vəzifələr qoyur. Sərəncama müvafiq olaraq “Yaşıl dünya naminə həmrəylik ili” səviyyəsində, ümumtəhsil müəssisələrinin şagirdləri arasında yaş səviyyəsinə uyğun olaraq maarifləndirmə tədbirləri təşkil etmək prioritet məsələdir:
Dünyadakı müasir mürəkkəb ekoloji vəziyyət, ətraf mühitə antropogen təsirlərin artan miqyası bəşəriyyət qarşısında duran bir sıra ciddi problemlərin həllini qaçılmaz edib. Ekoloji böhran təkcə elmi və texnoloji tərəqqinin nailiyyətləri ilə deyil, həm də təbiətə münasibətdə bir sıra dəyərlərin itirilməsi ilə əlaqədardır. Bu baxımdan, təhsil sahəsi köklü dəyişikliklərə məruz qalır. Ekoloji mədəniyyətin formalaşması, ekoloji təhsilin yenilənməsi bu gün təhsil sistemi qarşısında ekoloji dəyərlərə sadiq müasir vətəndaşın formalaşmasını ciddi bir vəzifə kimi qoyur. Məlum olduğu kimi, cari ildə ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi kimi qiymətləndirilir. Şübhəsiz, COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyinin öhdəsindən gəlmək üzrə qlobal səylərə töhfə vermək baxımından qətiyyətli mövqeyini nümayiş etdirir. Bu baxımdan, ölkəmizin təhsil sahəsində də bir sıra ekoloji tədbirlərin təşkil olunması belə mötəbər tədbirin keçirildiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə əvəzsiz töhfədir. Açılışda layihə komandasının üzvləri, qonaqlar, layihə iştirakçıları iştirak etdilər. Layihənin rəhbəri Tofiqə xanım Məmmədova tədbiri açaraq, layihənin məqsədi və istiqamətindən söz açdı. Layihənin təlimçisi, layihənin eksperti və qonaqlar çıxış etdilər . Layihə iştirakçıları mövzu ətrafında geniş müzakirələr apardılar.Layihə iştirakçılarına bukletlər paylanıldı.




