Siyasət

Qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı AÇIQLANDI

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 26 ölkə və səkkiz qurumdan ümumilikdə 99 beynəlxalq müşahidəçi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 14 506 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onların bütün seçki məntəqələrində müşahidə aparmaq imkanı olacaq”. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button