Ən böyük qaçqınçılığı və ən böyük acıları elə Qərbi Azərbaycanlılar çəkib.

Ən böyük qaçqınçılığı və ən böyük acıları elə Qərbi Azərbaycanlılar çəkib.Öz dədə-baba torpaqlarından 3-4 dəfə deportasiya edilib. Deportasiya zamanı insanları Şərura ordan isə vaqonlarla Kür qırağı aran rayonlarına köçürürmüşlər. Təsəvvür edin ki, nə qədər böyük haqsızlıqlara məruz qalıblar.Dağ rayonlarında doğulub boya-başa çatmış insanları, dağlıq rayonların iqliminə öyrənmiş insanları gətirib ən isti rayonlara deportasiya ediblər. 1948-ci ildə öz dədə-baba yurdundan deportasiya edilən mənim babam Müslüm kişi deyirdi : “İnsanların bir çoxu istidən malyariya xəstəliyinə yoluxub dünyasını dəyişdi. Bir çoxu yurd həsrətinə və bu haqsızlığa dözə bilməyib dünyasını dəyişdi.Aclıqdan xəstəlik tapıb ölən insanlar da az deyildi. Babam deyirdi ki, deportasiya edilərkən bizə SSRİ höküməti tərəfindən heç bir köməklik edilməyib. Onu da qeyd edim ki, mən, Vaqif Məhəmməd oğlu bir neçə dəfə çıxışlarımda bildirmişəm ki, ən böyük qaçqınçılığı , ən böyük acıları Qərbi Azərbaycanlılar çəkib.Mənə sual verirlər ki, bəs Qarabağ müharibəsi qaçqınları? Mən bildirirdim ki, düzdür onlar da çox əziyyət- zillət çəkiblər. Amma, mütləq qeyd etməliyəm ki, dünyada ən böyük qaçqınçılıqvə ən böyük acıları Qərbi Azərbaycanlılar çəkib.
1) Qərbi Azərbaycanlılar 4 dəfə öz yurdlarından sürgün ediliblər. Amma, I Qarabağ Müharibəsi və müharibədən sonra Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin.Ulu Öndərimiz hakimiyyətə gəldi və l Qarabağ müharibəsində qaçqın düşənləri o acı günlərdən xilas etdi. I Qarabağ müharibəsinindən qaçqın düşən vətəndaşlarımız üçün Ulu Öndər Heydər Əliyev çörək pulu təyin etdi. Onlar kommunal ödənişlərdən azad edildi və onlar üçün şəhərciklər saldırdı.Dövlət tərəfindən lazımi tibbi yardımlarla təmin edildilər. Eyni zamanda Ulu Öndər onlar üçün xeyli fərmanlar imzaladı. Qarabağdan qaçqın düşən vətəndaşlarımız harda məskunlaşıbsa, onların torpağı azad olunana kimi məskunlaşdıqları yerlərdən çıxarılmalarını qadağan etdi. Saymaqla bitməz…Amma, biz – Qərbi Azərbaycanlılar üçün o dövrdəki SSRİ hakimiyyəti heç bir köməklik göstərməyib.
Allah Unudulmaz Liderimiz Heydər Əliyevə rəhmət eləsin. Xüsusilə qeyd etmək is Nəinki Qarabağ qaçqınları bütün Azərbaycan xalqı Ulu Öndərə borcludur. Həmişəyaşar Lider nə qədər ki, Azərbaycan xalqı yaşayacaq siz də bizim qəlbimizdə yaşayacaqsınız!


