Hadisə

Zəngilanda yanğın törədən şəxs SAXLANILDI – FOTOLAR

Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button