Dünya

Zelenski: “Ukrayna daha heç vaxt rüsvayçılığa məcbur edilməyəcək”

“Ukrayna rusiyalıların “güzəşt” adlandırdıqları rüsvayçılığa tarixdə daha heç vaxt məcbur edilməyəcək”.

Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü münasibətilə xalqa müraciətində deyib.

Müraciətin videosu Zelenskinin “Telegram” kanalında yayımlanıb.

“Ukraynaya deyilməyib ki, kənardan gözləsin. Ona deyirlər ki, qərarı yalnız siz verməlisiniz. ABŞ və Avropa isə hazırda razıdır ki, Ukrayna hələ qalib gəlməyib, lakin uduzmadığı da dəqiqdir”, – deyə o vurğulayıb.

Zelenski əlavə edib ki, müharibənin yekunları üzrə Ukrayna sabit, davamlı və etibarlı sülhü təmin etməlidir:

“Ukrayna onu əldə edəcək, çünki təhlükəsizlik zəmanətləri alacaq. Elə güclü təhlükəsizlik zəmanətləri ki, dünyada heç kimin ağlına Ukraynaya hücum etmək gəlməsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button