Dünya

Yaşar Gülər britaniyalı həmkarı ilə Suriyadakı son durumu müzakirə edib


Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə Böyük Britaniyadan olan həmkarı Con Healey arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Suriyadakı son durum barədə danışıblar.

Onlar, həmçinin müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli və regional məsələləri də müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button