Gündəm

YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları 1İyun – Uşaqları Beynəlxalq Müdafiə Gününü şəhid ailələrindəki uşaqlarla birgə qeyd ediblər.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi, sahibkar partiya fəalı Aygün Salmanova, ƏPT sədrləri ilə birlikdə 1İyun – Uşaqları Beynəlxalq Müdafiə Gününü şəhid ailələrindəki uşaqlarla birgə qeyd ediblər. Onlar öncə Ermənistanın Bərdə rayonunun Qarayusifli kəndinə atdığı “Smerc” tipli raket bomba nəticəsində həlak olmuş şəhidlərin abidə kompleksini və öz yellənçəyində Ermənistan bombasına tuş gəlmiş, əbədi uşaq -12 yaşında qalmış Aysu İsgəndərlinin məzarını ziyarət edib, önünə tər qərənfillər düzərək xatirələrinə ehtiramlarını bildiriblər. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Aysu İsgəndərli və mülki şəhidlərin məzarları Ermənistanın və onun mənfur Ordusunun vəhşiliyinin ən ağır sübutudur! O, qeyd edib ki, Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahları Qüvvələri Ermənistan Ordusunu darmadağın etdi və qalib gəldi. Biz sülhsevər millətik. Ən böyük arzumuz budur ki, dünyanın hər yerində sülh, əmin-amanlıq olsun, heç vaxt müharibə olmasın! Bugün gələcəyimizin qarantı olan uşaqların vətənpərvər ruhda tərbiyəsi davam edir, yeni Fəxrilər, Asiflər, Xudayarlar, Dövranlar… böyüyür, onlara şəhid adlarının verilməsi bu ruhun davamlılığının ən gözəl təsdiqidir!

Sonra YAP rəsmiləri şəhid ailələrində olub, uşaqları hədiyyələrlə sevindirməyə çalışıblar.

Şəhid ailələri – Aysu İsgəndərlinin atası Rövşən İsgəndərli, Vətən müharibəsindəki igidlikləri ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamı ilə “Qarabağ” ordeni, üç medala layiq görülmüş şəhid Asəf Əsgərovun həyat yoldaşı Aydan Əsgərova, “Vətənə xidmətə görə” ordeni, beş medala layiq görülmüş şəhid Asif Abışovun anası İsbət Hətəmova, üç medala layiq görülmüş şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, “Vətənə xidmətə görə” ordeni, dörd medala layiq görülmüş şəhid Oruc Cəfərovun anası Mətanət İsgəndərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button