YAP Bərdə rayon təşkilatının kollektivi fəallarla birlikdə Vətən Müharibəsi Qəhrəmanının və Birinci Qarabağ müharibəsi şəhidinin ailəsində olublar.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi və YAP fəali, Ərazi Partiya Təşkilatı sədri Məhərrəm Şəfiyevlə birlikdə Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun və Birinci Qarabağ müharibəsi zamanı Yusifcanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Füzuli Hüseynovun ailəsində olublar.
Görüşdə 44 günlük Vətən muharibəsinin sonuncu gününədək döyüşlərdə ön xətdə vuruşan, Şuşada ən uca zirvəyə Azərbaycan bayrağını sancan igiq, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş Yaşar Hüseynovun və Birinci Qarabağ müharibəsində kəşfiyyatçı olmuş şəhid Füzuli Hüseynovun həyatı və döyüş yolu barədə danışılıb. Ermənistanın Ağdami işğalı nəticəsində Yaşar Hüseynov və Füzuli Hüseynov didərgin düşüb, ailələri ilə birlikdə Bərdə rayonuna pənah gətiriblər. Burada onlar məcburi köçkün olaraq min bir əzab, əziyyətlə müvəqqəti məskunluq həyatı yaşayıblar. Sonra unudulmaz doğma torpaqlarının düşmən işğalından azad edilməsi üçün qarşısıalınmaz istəklə döyüşlərin ön cəbhəsinin qəhrəmanlarına çevriliblər. Onlar ailədə 10 uşaq olublar. Anaları, bugün 85 yaşlı Zərnigar xanım çoxuşaqlı olduğu üçün ona “Qəhrəman ana” adı verilmişdi. Bu qəhrəmanlıq adı həyatın qəhrəmanlığı ilə eyni deyildi, çünki məşəqqətli köçkün həyatının qəhrəmanlığı idi. Və ona görə ikiqat, bəlkə də yüz qat əsl qəhrəmanlıq idi. Bu ailənin böyüdüb yetişdirdiyi uşaqların hər biri Vətənə məhəbbətləri ilə hər zaman seçiliblər. Digər oğul Fərman Hüseynov polis orqanlarında çalışmış və hazırda təqaüddədir.
Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu cür igid oğulların dəmir qətiyyəti, birliyi və ölçüyəgəlməz qəhrəmanligı ilə torpaqlarımızın işğaldan azad olunmasindan danışaraq bu böyük Zəfərlə tariximizin ən böyük qürur və şərəf kitabınin yazıldığını bildirmişdir. Qeyd etmişdir ki, xalqımız Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov, igid şəhid Füzuli Hüseynov kimi oğulları ilə daim fəxr edir və fəxr edəcək. Onlar tariximizdə həmişə yaşayacaqlar.
Görüşdə Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov və igid şəhid Füzuli Hüseynovun qardaşları və bacıları qəhrəman, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Müzəffər Liderimiz cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə YAP əməkdaşları və fəalları ailənin çətinlikləri ilə maraqlanıb, onlara dəstək olmağa çalışıblar.










