Cəmiyyət

YAP Bərdə rayon təşkilatı tərəfindən Müstəqilliyin Bərpası günü münasibətilə YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

YAP Bərdə rayon təşkilatı tərəfindən Müstəqilliyin Bərpası günü münasibətilə Mərkəzi rayon Xəstəxanası və Bərdə Peşə Təhsili Mərkəzində YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

Təqdimatda təşkilatın sədr müavini Elməddin Əsgərxanov, Aparatın məsləhətçisi Əlövsət Məmmədov, 1 saylı ƏPT-nin sədri Yusifzadə Həsən, 18 saylı ƏPT- nin sədri Vüqar Babayev və rayon Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov çıxış edərək yeni üzvləri təbrik ediblər. Bildiriblər ki, Azərbaycan müstəqillik dövrünün ən qüdrətli dövrünü yaşayır. Bu dovr ərzində Yeni Azərbaycan Partiyası xalqımızın amal və məqsədlərinin eyniliyi ilə Müzəffər Liderimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük Qalibiyyət və Zəfərlər qazanması onu əsl ümumxalq partiyasına çevirmişdir və nəticədə ona üzv olmaq istəyənlərin sayı durmadan artır. Xalqımız Qalib xalqın Qalıb Lideri cənab İlham Əliyevin uğurlu siyasəti ilə Cənubi Qafqazda siyasi arenanın bayraqdarı olan Yeni Azərbaycan Partiyasının sıralarında olmağı özünün şərəf və qürur işi hesab edir. Buna görə də YAP Bərdə rayon təşkilatından Yeni Azərbaycan Partiyasına üzv olanların sayı daim artaraq yenilənir. Burada rayon ziyalılarının say çoxluğu diqqət çəkir.

Sonra YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilib.

Yeni üzvləri bir daha ürəkdən təbrik edir və həyatda və siyasi fəaliyyətlərində uğurlar arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button