Gündəm

Tarixə Həkk Olunan Gün: 27 Sentyabr

27 sentyabr Azərbaycan xalqının yaddaşına həm qəhrəmanlıq, həm də qürur günü kimi yazılıb. 2020-ci ilin məhz bu tarixində Ermənistanın törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və 44 gün davam edən Vətən Müharibəsi ilə tarixi ədaləti bərpa etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyi və müzəffər əsgərlərimizin şücaəti nəticəsində Azərbaycan tarixi Zəfərə imza atdı. İşğal altında olan torpaqlarımız azad edildi, üçrəngli bayrağımız Qarabağda ucaldı. Bu gün biz Vətən Müharibəsi şəhidlərini dərin hörmət və ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi igidlik, fədakarlıq və vətən sevgisi əsrlər boyu xalqımız üçün qürur mənbəyi olacaq.
Azərbaycan xalqı 27 sentyabrı həm kədər, həm də qürurla anır. Bu gün bir daha təsdiq edir ki, dövlətimizin gücü, ordumuzun qüdrəti və xalqımızın birliyi hər zaman Vətənimizin keşiyində dayanacaq.

Əbədiyaşar şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq.

Vaqif Məhəmməd oğlu ictimai fəal.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button