Cəmiyyət

Xankəndidə məktəbdə Torpaq çərşənbəsi münasibətilə bayram şənliyi keçirilib- FOTO

Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbdə Torpaq çərşənbəsi münasibətilə bayram şənliyi təşkil olunub.

Tədbir çərçivəsində məktəbin həyətində ənənəyə uyğun olaraq bayram tonqalı qalanıb. Şagirdlər və müəllimlər tonqal ətrafına toplaşaraq bir-birini Novruz bayramı münasibətilə təbrik edib, qədim xalq adətlərini yaşadıblar.
Qeyd edək ki, 35 ildən sonra ilk dəfədir ki, bu məktəbdə belə bir bayram tədbiri keçirilir. Bu il istifadəyə verilən məktəbdə təşkil olunan şənlik şagirdlər, müəllimlər və valideynlər tərəfindən böyük sevinclə qarşılanıb.
Tədbir zamanı şagirdlərin hazırladıqları bədii kompozisiyalar, milli rəqslər və musiqi nömrələri təqdim olunub. Bayram proqramı iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb, Novruz ənənələrinin gənc nəslə aşılanmasının vacibliyi vurğulanıb.
Sonda məktəblilər və müəllimlər tonqal ətrafında bir araya gələrək bayram sevincini bölüşüb, birlik və həmrəylik nümayiş etdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button