Gündəm

Xalqın inamını qazanan diplomat Hikmət Hacıyev

Müstəqil Azərbaycanın diplomatik uğurlarında və beynəlxalq nüfuzunun möhkəmlənməsində xüsusi xidmətləri olan şəxsiyyətlərdən biri də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir. O, fəaliyyətə başladığı ilk illərdən etibarən, dövlətçiliyə sədaqəti, milli maraqları qorumaq iradəsi və peşəkar yanaşması ilə fərqlənib. Hikmət Hacıyev təkcə diplomatik bilikləri ilə deyil, həm də müasir informasiya müharibəsinin reallıqlarını dərindən anlayan, kommunikasiya bacarıqları ilə seçilən bir dövlət xadimidir. 2020-ci il Vətən Müharibəsi dövründə Hikmət Hacıyev Azərbaycanın informasiya cəbhəsində ön sırada yer aldı. Hər bir açıqlaması, hər bir bəyanatı təkcə faktlara deyil, həm də milli ruhun gücünə söykənirdi. O, müharibə günlərində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, erməni yalanlarına qarşı beynəlxalq arenada əsl informasiya qalxanı yaratdı. Hikmət Hacıyev illərdir Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun ideya daşıyıcılarından biri kimi ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına, Azərbaycanın sülhsevər və güclü dövlət imicinin formalaşmasına mühüm töhfə verir. Onun fəaliyyəti, həm də dövlət idarəçiliyində yeni nəsil peşəkar kadrların yetişməsi baxımından örnək xarakter daşıyır. Dövlətə, xalqa və Prezidentə sədaqətlə xidmət edən Hikmət Hacıyev Azərbaycan diplomatiyasının müasir simasını formalaşdıran, düşüncəsi və fəaliyyəti ilə hər zaman milli maraqları üstün tutan bir şəxsiyyətdir.

Bu münasibətlə, Hikmət müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti və dövlətçiliyimiz
naminə fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

Dövlətin dayağı olan belə vətən övladlarının sayı çox olsun.

Qerbiazerbaycanaz.tv media
Vaqif Mehemmed Oglu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button