Hadisə

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var

Xaçmazda avtomobili ağaca çırpılan sürücü həlak olub.

Oxu.Az xəbər verir ki, hadisə ötən gecə saat 01:00-da Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində qeydə alınıb.

Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində Quba rayonu Alekseyevka kənd sakini, 1999-cu il təvəllüdlü Elvin Məzahir oğlu Əlimərdanov idarə etdiyi KIA markalı 99-XS-439 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirib və nəticədə avtomobil yol kənarında olan ağaca çırpılıb.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, E.Əlimərdanovun həyatını xilas etmək mümkün olmayıb.

Əzizə İsmayılova

Xaçmazda avtomobil ağaca çırpılıb, sürücüsü xəsarət alıb.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hadisə rayonun Ağyazı Buduq kəndi ərazisində baş verib.

KIA markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü, 1999-cu il təvəllüdlü Elvin Məzahir oğlu Əlmərdanov deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Avtomobil qəzası

Xaçmaz rayonu

Fövqəladə Hallar Nazirliyi (FHN)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button