Cəmiyyət

18 yanvar 2025-ci ildə Milli Məclisin deputatı Günay Ağamalının Neftçala rayonunun Aşağı Surra kəndində seçicilərlə görüşü keçirildi.

İlk öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verdi.

Ardınca, Millət Vəkili Günay Ağamalı seçicilərin səsləndirdiyi müraciətlər və təkliflər dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button