Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bərdə rayonunda ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bərdə rayonunda ağacəkmə aksiyası keçirilibPrezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yevlax-Ağdam magistral avtomobil yolunun Samuxlu, Qazıqurdalı, Əliyanlı, Şirvanlı və Kətəlparaq kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Bərdə Rayon İcra Hakimiyyətinin və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İƏD üzrə nümayəndəliklərin işçiləri fəal iştirak ediblər.Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 2350 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Yevlax-Ağdam magistral avtomobil yolunun kənarlarına ümumilikdə 11200 ədəd müxtəliv növ ağacların əkilməsi nəzərdə tutulmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button