
Milli Məclisin sabiq deputatı, eyni zamanda Naftalan şəhərinin sabiq icra başçısı Musa Musayev Azərbaycan dövlətçiliyinə sarsılmaz bağlılığı, qətiyyətli mövqeyi və prinsipial xarakteri ilə tanınan ictimai-siyasi xadimlərdəndir.Əslən Qərbi Azərbaycandan olan Musa Musayev Mığrı rayonunun Nüvədi kəndində anadan olmuşdur. Doğma yurda, milli köklərə və Azərbaycançılıq ideologiyasına bağlılığı onun bütün fəaliyyətində açıq şəkildə özünü göstərmişdir.O, siyasi və ictimai fəaliyyəti dövründə hər zaman dövlət maraqlarını ön planda tutmuşdur. Xüsusilə 2005-ci ildə ölkənin taleyi üçün ağır və həlledici günlərdə Prezident İlham Əliyevi açıq və qətiyyətli şəkildə müdafiə etməsi Musa Musayevin dövlətə və dövlət başçısına sədaqətinin bariz nümunəsidir.Naftalan şəhərinə rəhbərlik etdiyi illərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi, idarəçilikdə nizam-intizamın gücləndirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Onun rəhbərliyi dövründə görülən işlər şəhərin inkişafında mühüm rol oynamışdır.Cəmiyyətimizdə bəzən “deputat” və ya “icra başçısı” deyildikdə mənfi stereotiplər yada düşür. Lakin Musa Musayev bu anlayışlara tamam fərqli məna qazandıran şəxsiyyətlərdəndir. O, qorxmadan, çəkinmədən, hətta Ramiz Mehdiyev Administrasiya rəhbəri olduğu dövrdə belə açıq mövqeyini ortaya qoymuş, haqq bildiyi sözü deməkdən çəkinməmişdir.Musa Musayev tutduğu vəzifələrlə yanaşı, çətin məqamlarda nümayiş etdirdiyi dövlətçi mövqeyi, cəsarəti və prinsipiallığı ilə yadda qalan nadir şəxsiyyətlərdəndir. Onun haqqında nə qədər xoş söz deyilsə də, azdır. O, Azərbaycan dövlətçiliyinə sədaqətin, məsuliyyətli idarəçiliyin və vətəndaş mövqeyinin canlı nümunəsidir.Bu gün də Musa Musayev kimi dövlətinə, millətinə və xalqına sədaqətlə xidmət etmiş şəxsiyyətlərin cəmiyyətdə nüfuzu böyükdür. Belə insanların varlığı dövlətçiliyimizin gücünə güc qatır.Musa Musayevə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və hər zaman xalqın hörmətini qazanacaq bir ömür yolu arzulayırıq. Allah onu qorusun.
Hörmətlə, Vaqif Mehemmed Oglu
