Mədəniyyət

Valeh Kərimov: “Firəngiz Rəhimbəyovaya tək mən yox, hamı vurulurdu” – VİDEO

“Tək mən yox, hamı vurulurdu ona. Gizlincə ürəyimdən keçirdi ki, Ay Allah, nə olardı bu da məni sevəydi”.

Bu sözləri ARB-nin efirində yayımlanan verilişlərdən birində mərhum sənətçi Firəngiz Rəhimbəyova haqqında danışarkən Xalq artisti Valeh Kərimov deyib.

“O, respublikanın tanınmış sənətçilərindən idi. Onsuz da gözəl idi, amma güləndə-danışanda lap gözəl olurdu. Müasir geyimli, müasir qadın idi. Bizim birgə oynadığımız rol ona çox yaraşırdı. Elə bil ona yazılmışdı. Hərdən uzaqdan gəlirdi gülə-gülə. Elə yadda qaldı Fira”, – deyə Xalq artisti bildirib.

Daha ətraflı süjetdə:

https://youtube.com/watch?v=Zn6zK4YqhNA%3Fsi%3DEBbB2zMqxAgmqGlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button