Cəmiyyət

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunan tədbir keçirilib

Bərdə Rayon Mərkəzi Xəstəxanasında “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” şüarı adı altında türk dünyasının iftixarı, görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan tibb müəssisəsinin direktoru Vüsal Məmmədov bildirib ki, müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir:

“Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi Azərbaycan xalqını 90-cı illərin uçurumundan xilas etdi. Bəlkə də onun uzaq görən siyasətini o zamanlar çoxları anlamasa da zaman yetişəndə Ulu Öndərin qoyduğu irs və bu irsin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev və bir yumruq kimi birləşən xalq bir daha sübut etdi ki, bu irs ən doğru irsdir. Yaşamaq asandır, amma ölümsüzlük qazanmaq hər kəsə nəsib olmaz.

H.Əliyev Azərbaycandır çünki , hər diyarda onun izləri var. Azərbaycan ordusunun, təhsilinin, səhiyyəsinin və digər sahələrin quruculuğunda onun hər zaman rolu olub”.

Ardınca Loğman Abbasov və Nahid Abbasov “Heydər Əliyevin həyatından” və “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” haqqında məruzə ilə çıxış ediblər.

Daha sonra Heydər Əliyev ilə bağlı videoçarx nümayiş olunub.

Tədbir Dövlət Himninin oxunması və musiqi məktəbinin şagirdlərinin hazırladığı bədii hissə ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button