İdman

UEFA-dan AFFA-ya 11 min avroluq cərimə – YENİLƏNİB

UEFA Azərbaycanın əsas millisinə görə də AFFA-nı cərimələyib.

“Report”un məlumatına görə, buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub.

Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiya 6000 avro ödəməlidir.

Qeyd edək ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev və Ramil Şeydayev sarı vərəqə ilə cəzalandırılıblar.

10:44

UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə görə AFFA-nı cərimələyib.

“Report”un əldə etdiyi məlumata görə, buna yığmanın Bakıda Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı AVRO-2025-in seçmə mərhələ matçının gec başlaması səbəb olub.

Milli assosiasiya buna görə 5000 avro ödəməlidir. U-21-in baş məşqçisi Samir Əliyev isə oyun gec start götürdüyü üçün xəbərdarlıq alıb.

Qeyd edək ki, oktyabrın 12-də gerçəkləşən qarşılaşma Şimali İrlandiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button