Hadisə

Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxsi polis saxladı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb. Ondan 2 kiloqramdan artıq marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb. N.Nəbiyevin İrandan qanunsuz yollarla gətirilən narkotiklərin Tərtər rayonu ərazisində satışını təşkil etmək istədiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Nəbiyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button