GündəmMaraqlıSosialXəbərlər

Tərtər ağsaqqalından Prezidentə təşəkkür məktubu

Tərtər rayon Ağsaqqallar Şurasının üzvü Həsənzadə Rauf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda bildirilir ki, bu il yanvar ayının 13-də Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri və hərbi sənaye əhəmiyyətli Tərtər Elektromexanika Zavodunda aparılan əsaslı yenidənqurma işlərindən sonra müəssisənin açılışında şəxsən iştirak etməsi rayon ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanıb.Uzun illər zavodun direktoru kimi fəaliyyət göstərmiş Həsənzadə Rauf qeyd edir ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində müəssisə bu gün müasir tələblərə cavab verən, ölkəmizin müdafiə sənayesinin inkişafına xidmət edən mühüm istehsal mərkəzinə çevrilib. Bu amil həm milli təhlükəsizliyimizin möhkəmləndirilməsinə, həm də regionda dayanıqlı məşğulluğun təmin olunmasına əhəmiyyətli töhfə verir.Məktubda Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, müdafiə sənayesinə göstərdiyi ardıcıl dəstəyin dövlətimizin gücünü və gələcəyə inamı nümayiş etdirdiyi xüsusi vurğulanır.Sonda Həsənzadə Rauf cənab Prezidentə dərin təşəkkürünü bildirir, möhkəm cansağlığı və uğurlar arzulayır.

Qerbiazerbaycanaz.tv media.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button