Sosial
Sosial ipoteka kreditlərinin faizləri azaldılacaq? – RƏSMİ AÇIQLAMA

Sosial ipoteka məsələsində ən çox gözlənilən yenilik bankların faizlərinin aşağı salmasıdır.
Musavat.com xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev “Ailə – dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu, birbaşa banklarla bağlı məsələdir. Gərək onlar da tərəfdaş olaraq bu məsələdə maraqlı olsunlar:
“Sosial ipoteka ilə bağlı məsələni 2007-ci ildə nazirlik olaraq gündəmə gətirdik. Dərhal qurumlar dəstək verdi. Xüsusi olaraq qanun layihəsi qəbul olundu. Ailələr üçün güzəştli kredit şərtlərinin daha yumşaq olmasına çalışmalıyıq”.