Hadisə

Şərurda 4 yaşlı uşaq suvarma kanalına düşərək ölüb

Şərur rayonunda bədbəxt hadisə baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, 2021-ci il təvəllüdlü Rzayeva Damla Amin qızı yaşadığı Şərur şəhərində yaşayış evinin qarşısından keçən suvarma kanalına düşərək boğulub ölüb.

Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button