Cəmiyyət

Şəmistan Əlizamanlı haradadır? – “Müharibədən sonra…”

“Mənim bütün yaradıcılığım müharibə ilə bağlı idi. Müharibə bitdi, torpaqlarımız işğaldan azad olundu. Hazırda azad olunmuş ərazilərdə yeni işlər görülür. Mən isə o vaxtdan bəri sənətimdə hansısa yeniliklər etməmişəm”.

Bunu Musavat.com-a açıqlamasında məşhur hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı deyib.

O bildirib ki, daha yeni mahnılar yazdırmır:

“İndi yaradıcılığımda heç nə baş vermir. Yeni mahnılar ifa etməmişəm. Bir sözlə, yenilik yoxdur”.

67 yaşlı Şəmistan Əlizamanlı hazırda təqaüddə olduğunu deyib. O, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin rəhbəridir və qəhrəmanlarımız haqqında bir neçə sənədli film çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button