Vətəndaş Tərtər Rayon Polis Şöbəsinin fəaliyyətindən razılığını ifadə etdi

Qarabağa səfəri zamanı müşahidə etdiyi müsbət dəyişikliklərlə bağlı vətəndaş Abuzər Cəfərli sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, yas mərasimində iştirak etmək üçün Qarabağa gedərkən yolboyu xüsusilə Tərtər rayonu ərazisində aparılan nizam-intizam və təhlükəsizlik tədbirləri diqqətini cəlb edib. Paylaşımda qeyd olunur ki, əvvəllər nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneə yaradan qanunsuz küçə ticarətindən artıq əsər-əlamət qalmayıb. Abuzər Cəfərlinin sözlərinə görə, Polis polkovnik-leytenantı Rüfət Məmmədovun Tərtər Rayon Polis Şöbəsinə təyinatından sonra qanunsuz küçə ticarətinə qarşı bütün rayon ərazisində qəti tədbirlər görülüb. Eyni zamanda cinayətkarlığa və narkomaniyaya qarşı mübarizə yüksək səviyyədə təşkil olunub.Paylaşımda vurğulanır ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi, xüsusilə nazir general-polkovnik Vilayət Eyvazovun “vətəndaş məmnunluğunun təmin edilməsi” ilə bağlı tövsiyələri Tərtər RPŞ tərəfindən uğurla icra olunur.Bu çərçivədə məktəblərdə, idarə və müəssisələrdə narkotiklərin zərərli fəsadları ilə bağlı maarifləndirici görüşlər keçirilir.Bundan başqa, polis əməkdaşları şəhid ailələrini, qaziləri və müharibə veteranlarını mütəmadi ziyarət etməsi, onlara mənəvi dəstək göstərməsi də xüsusi qeyd olunub.“Abuzər Cəfərli sonda bildirib ki, sadalananlar Tərtər Rayon Polis Şöbəsi rəhbərliyi və əməkdaşlarının fəaliyyətinin yalnız kiçik bir hissəsidir. O, görülən işlərə görə cənab nazir, general-polkovnik Vilayət Eyvazova minnətdarlığını ifadə edib, həmçinin Tərtər RPŞ-nin şəxsi heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.




