Xəbərlər
Şəkidə 87 yaşlı kişini cərəyan vurub öldürdü

Şəkidə 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Turan qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini, 1938-ci il təvəllüdlü Abbas Qafarov yaşadığı evin həyətində su mühərrikindən istifadə edərkən elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.