Cəmiyyət
Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Qasımova Nurlana dərslərini müasir dərs metodlarına uyğun olaraq keçir.

Şahirdlərində tənqidi düşüncənin, yaradıcı bacarıqlarını formalaşdırmaq üçün interaktiv dərslər təşkil edir. Şagirdlərin mövzuları tam mənim səməsi üçün əyaniliyə üstünlük verir. Şagirdlər dərslərdə obyekt deyil, subyek olurlar. Yəni özləri dərsin aktiv iştirakçıları olur. Müsahibə mövzusunu keçərkən “Müsahibə” anlayışını tam başa düşmələri üçün özləri məktəb rəhbərliyindən, müəllimlərdən və bir-birlərindən müsahibə götürüblər.