Dünya

Savaşda YENİ DÖVR: Müharibə davam etdikcə…

Rusiya-Ukrayna müharibəsi davam etdikcə bu savaş yeni hərbi texnologiyaları da ortaya çıxarır.

Ukrayna ilk dəfə olaraq Rusiya hədəflərinə zərbə endirmək üçün süni intellektlə işləyən daşıyıcı PUA-dan istifadə edib. Bu barədə Ukraynanın Müdafiə Nazirliyi sosial şəbəkələrində paylaşım edib. Bildirilir ki, həmin PUA-lar zərbə dronlarını 300 km-ə qədər məsafəyə daşıya bilir. Nazirliyin məlumatına görə, park edilmiş təyyarələrdən tutmuş hava hücumundan müdafiə sistemlərinə və hərbi infrastruktura qədər bütün hədəfləri dəqiq şəkildə müəyyən etmək və vurmaq qabiliyyətinə malikdir.

Daha ətraflı məlumat AZTV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button