Dünya

Ruslar azərbaycanlı iş adamının obyektini darmadağın etdilər – VİDEO

Dünən axşam saatlarında Rusiya ordusunun Odessaya etdiyi dron hücumlarından sonra Kiyevski rayonunda yanğınlar baş verib.

Bu barədə Musavat.com-a Odessada yaşayan jurnalist-diaspor fəalı Anar Natiqoğlu məlumat verib.

O bildirib ki, bombardman nəticəsində həmyerlimiz, iş adamı Şamil Quliyevə məxsus “Qulivar” ticarət mərkəzi tamamilə yanaraq sıradan çıxıb, mərkəzə ciddi şəkildə maddi ziyan dəyib.

“Lakin yanğının Şamil Quliyevin rəhbəri olduğu “Dopomoqa” xeyriyyə fondunun binasına çatmasına imkan verilməyib. Ticarət mərkəzi darmadağın olsa da, xeyriyyə fondunun binası zərər görməyib”, – Anar Natiqoğlu əlavə edib.

https://youtube.com/watch?v=dNXpGkM0604%3Fsi%3DDxJ_feKq_iWeA2SA

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button