Tacikistan Prezidenti Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib

Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ölkəmizə dövlət səfəri çərçivəsində Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
18:55
Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
