Siyasət
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov faciəvi helikopter qəzası nəticəsində İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması ilə bağlı dost ölkənin daxili işlər naziri Əhməd Vahidiyə başsağlığı məktubu göndərib.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, nazir, Ə.Vahidiyə belə ağır məqamda kədərlərini bölüşdüyünü bildirib, dərin hüznlə başsağlığını çatdırıb.