Dünya

Ermənistan və Fransa XİN başçıları gələn həftə danışıqlar aparacaqlar

Sentyabrın 16-da Ermənistan və Fransa xarici işlər nazirləri arasında danışıqlar aparılacaq.

“Report” Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.

O, Fransa xarici işlər naziri Stefan Sejurnenin sentyabrın 15-16-da Ermənistana səfər edəcəyini təsdiqləyib.

“Sentyabrın 16-da Ermənistan XİN-də hər iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Stefan Sejurnenin rəsmi görüşü, daha sonra isə birgə mətbuat konfransı keçiriləcək”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button