Dünya

Roma Papası ÖLDÜ

Vatikanın yaydığı rəsmi məlumata görə, Katolik Kilsəsinin başçısı, Roma yepiskopu Papa Fransisk 88 yaşında vəfat edib.

Musavat.com “Sky News”a istinadla xəbər verir ki, 2013-cü ildə əvvəlki Papa XVI Benediktin istefasından sonra Papa seçilən Fransisk, son illərdə səhhəti ilə bağlı bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdi. Onun pontifikliyi dövründə sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlar tez-tez gündəmə gəlirdi.

Qeyd edək ki, bu ilin 14 fevralında Papa Fransisk bronxit müalicəsi üçün xəstəxanaya yerləşdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button