Sosial

Rayonlarda pensiyalar bu tarixdə veriləcək


Bölgələrdə bayramla əlaqədar olaraq mart ayı üzrə pensiyalar vaxtından əvvəl ödəniləcək.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə mart ayının 11-də həyata keçiriləcək.

Xatırladaq ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda pensiyalar martın 6-da ödənilmişdi.

Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılıb./Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button