GündəmXəbərlər

Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Mamırlı kəndində keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Mamırlı kənd İƏD üzrə nümayəndəliyin Mamırlı kəndində keçirilib.Qəbulda rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Mamırlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.Qeyd olunub ki, Mamırlı kəndinin 1048 hektar ərazisi, 387 təsərrüfatı, 1690 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 körpələr evi-uşaq baxçası, 10 ticarət obyekti, 6 iaşə və 4 məişət obyekti, 19 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1330 baş iribuynuzlu, 1200 baş xırdabuynuzlu heyvan, 10200 baş quş və 69 arı ailəsi saxlayırlar.Son üç ildə Mamırlı kəndində su arxları 10 km məsafədə lildən təmizlənib, kənd arası yollara 1300 metr məsafədə çınqıl daşı verilərək təmir olunub, kənd ərazisinə 200 ədəd eldar şamı və 250 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından təmizlənib.Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Dilruba Orucova subartezian quyusunun təmir olunması, Vəliyədin Əliyev Mamırlı-Poladlı avtomobil yolunun təmir olunması, Oruc Qocayev oğlunun işlə təmin olunması, Hüseyn Əhmədov yeni subartezian quyusunun qazılması, Kamil İsmayılov kəndin suvarma suyu ilə təmin olunması barədə müraciət ediblər.Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button