GündəmMaraqlıSosialXəbərlər

Rayon rəhbəri şəhid Teyyub Həsənovun ailəsini ziyarət edib

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Tərtər şəhərində Birinci Qarabağ müharibəsi şəhidi Həsənov Teyyub Mirzə oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar. Qeyd edək ki, Həsənov Teyyub Mirzə oğlu 1958-ci il dekabr ayının 23-də Tərtər şəhərində anadan olmuşdur. Orta təhsilini şəhər 2 nömrəli orta məktəbdə almışdır. 1977-1979-cu illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Respublikamızda Milli Ordumuzun yaradıldığı vaxtlarda, 1992-ci ilin oktyabr ayında “Tərtər özünümüdafiə batalyonu”nun sıralarına yazılmışdır. Bu batalyonun tərkibində Ağdərə bölgəsinin erməni təcavüzkarlarından təmizlənməsində iştirak etmişdir. 17 noyabr 1992-ci il tarixdə Vǝng kəndi uğrunda gedən qanlı döyüşlərdə həlak olmuşdur. Həmin döyüşdə ermənilər onun həlak olduğu yeri işğal etdiyinə görə onun cəsədini göturmək mümkün olmamışdır. Yalnız 2 ay sonra 1993-cü ilin yanvar ayının 17-18-də bu ərazi düşməndən azad edildikdən sonra digər 13 nəfər döyüşçü yoldaşının cəsədi ilə bərabər onun da cəsədi Tərtər şəhərinə gətirilib doğma torpağa tapşırılıb. Evli idi. Ceyhun və Yunis adlı iki oğlu, Tamirə adlı bir qızı var. Tərtər şəhər qəbiristanlığında dəfn edilib.Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button